Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ömrü maksimal uzatmaq üçün qida rasionu hazırlandı - ALİMLƏR

Ömrü maksimal uzatmaq üçün qida rasionu hazırlandı - ALİMLƏR

Tarix: 5 May 2022 21:27

Qerontoloqlar - yaşlı insanların sağlamlığı üzrə mütəxəssislər insan ömrünün maksimal uzanması üçün ən uyğun qidalanma rasionunu hazırlayıblar.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, alimlər uzun ömürlülərlə az yaşayanların qidalanma menyusunu illərlə araşdırıblar.

Kaliforniya Universitetinin alimləri son elmi tədiqatda nəhayət ki, optimal qida menyusu təqdim ediblər.
Müxtəlif dietalar- keto dietadan tutmuş vegeterianlıq və aclığa kimi təhlil edən ekspertlər uzun ömürlülük üçün əsas şərtləri tapıblar.
Qidalanmada hər gün yüngül yox, mürəkkəb karbohidratlar çox olmalı, zülal kifayət qədər yeyilməli, daha çox ət yox, bitki əsaslı zülal seçilməli, bitki yağları yeyilməlidir. Bu yağlar enerji tələbatının 30%-ni ödəyir.

Bütün qida qəbulları sutkanın 11-12 saatı ərzində yeyilib bitməli, 3 aydan bir 5 günlük aclıq günləri keçirilməli: gündə yalnız 1000 kkalori miqdarda yeyilməlidir. Bu günlərdə heyvani qida qəbul etmək olmaz. Yalnız bir az tərəvəz, göyərti, paxla yemək olar.

5 günlük belə fasilə insulin rezisdentliyini azaldır, təzyiqi salır, şəkərin qarşısını alır, onkoloji xəstəliklərin proflaktikasıdır.

"Günbdəlik qidada çoxlu paxlalılar, tam taxıl, tərəvəz, bir az balıq, bir qədər toyuq əti, ağ ət ola bilər.

Qırmızı ət olmaz, rafinə olunmuş ağ un, ağ çəkər, ağ düyü rasiondan çıxarılmalıdır. İnsan qoz, badam, zeytun yağı, gündə 30 qr tünd şokolad yeməlidir".


Etiketlər:  Ömrü maksimal uzatmaq üçün qida rasionu hazırlandı ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ