Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Ukraynaya 7 özüyeriyən haubitsa verəcək

Almaniya Ukraynaya 7 özüyeriyən haubitsa verəcək

Tarix: 6 May 2022 11:22

Almaniya Ukraynaya yeddi PzH 2000 özüyeriyən haubitsa verəcək, bununla bağlı razılıq əldə olunub.

Sonxeber.net TASS-a istinadən bildirir ki, bu haqda Almaniyanın müdafiə naziri Kristin Lambrext Slovakiyada belə bir bəyanatla çıxış edib.

Almaniya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, sistemlər təmirdən gəlməlidir. Eyni zamanda, Lambrext qeyd edib ki, gələn həftədən etibarən Ukrayna hərbçilərinin bu haubitsalarla işləmək üzrə təlimi başlaya bilər.

Aprelin 28-də Bundestaq deputatlarının əksəriyyəti hökuməti Kiyevə hərbi yardımı genişləndirməyə çağıran, habelə Ukraynada hərbi əməliyyatları pisləyən sənədə səs verib. Mətn "tərəfdaşlarla razılaşdırılaraq Almaniyadan effektiv, o cümlədən ağır silahlar və mürəkkəb sistemlərin tədarükünün intensivləşdirilməsi və sürətləndirilməsinin" zəruriliyindən bəhs edir. Sənəd Almaniyanın hakim Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası tərəfindən razılaşdırılıb. Daha sonra mətn Xristian Demokrat və Xristian Sosial Birliklərinin müxalifət bloku tərəfindən dəstəklənib.

Aprelin sonunda Lambrext Almaniyanın Ukraynaya Gepard zenit silahlarını verməyə hazır olduğunu açıqladı. Bundan əvvəl DPA agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, Almaniya hökuməti Sloveniya vasitəsilə Ukraynaya sovet T-72 tanklarının tədarükünü dairəvi mübadilə əsasında hazırlayır. Razılaşma Sloveniya Silahlı Qüvvələrinin ehtiyatlarından Lyublyana Kiyev tanklarının verilməsini nəzərdə tutur və Almaniya daha sonra onları alman "Marder" piyada döyüş maşınları və "Fuchs" zirehli personal daşıyıcıları ilə əvəz etməyi öhdəsinə götürür.

Aslan Məmmədov


Etiketlər:  Almaniya Ukraynaya özüyeriyən haubitsa verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ