Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tünisdə prezident seçkilərində səsvermə başa çatıb

Tünisdə prezident seçkilərində səsvermə başa çatıb

Tarix: 15 Sentyabr 2019 23:36

Bakı. Trend:

Tunisdə növbədənkənar perzident seçkilərinin birinci turu başa çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Seçkilər üzrə Ali Müstəqil Komissiyanın rəhbəri Nabil Baffun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birinci turda saat 20:00 (GMT+4) üçün seçicilərin aktivliyi 35 faiz təşkil edib.

Məlumata əsasən, seçkilərin nəticələri qanuna uyğun olaraq 3 gün ərzində bəyan edilməlidir.

Qeyd edək ki, Tunisin prezidenti postuna 24 nəfər namizədliyini irəli sürüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tünisdə prezident seçkilərində səsvermə başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ