Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 08:24
Quru çay ixracına görə Azərbaycan Gürcüstan üçün əsas bazardır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, ötən il Gürcüstandan quru çay idxal edən ölkələr aşağıdakılardır:
1. Azərbaycan - 2,3 milyon ABŞ dolları, 335 ton;
2. Türkiyə - 622 min dollar, 196 ton;
3. Monqolustan - 492 min dollar, 899 ton;
4. Belarus - 198 min dollar, 130 ton;
5. Türkmənistan - 190 min dollar, 111 ton;
6. Qazaxıstan - 176 min dollar, 441 ton;
7. Ukrayna - 159 min dollar, 91 ton;
8. Rusiya - 125 min dollar, 160 ton;
9. Özbəkistan - 116 min dollar, 15 ton;
10. Estoniya - 93 min dollar, 1 ton.
Ötən il Gürcüstan 2 439 ton quru çay ixrac etməklə 4,7 milyon dollar qazanıb. Rəsmi statistika göstərir ki, 2021-ci ildə ixrac 8,2 % azalıb, satılan məhsulların həcmi isə 2,7 % artıb.
Statistikaya əsasən bu il də ölkədən çay ixracında artım qeydə alınıb. Həmin ölkələr arasında Türkiyə, Azərbaycan, Monqolustan ilk yerlərdə qərarlaşırlar.
Bundan əlavə, az həcmdə quru çay Çexiya, Almaniya, Tayvan, Tacikistan, Kanada, İsrail, Fransa, Ermənistan, Moldova, Polşa, ABŞ və digər ölkələrə ixrac olunur.