Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərqi Zəngəzur və Qarabağ aerokosmik fotoşəkillərlə təhlil ediləcək

Şərqi Zəngəzur və Qarabağ aerokosmik fotoşəkillərlə  təhlil ediləcək

Tarix: 7 May 2022 19:56

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlili təmin ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 - 2024-cü illər üçün Dövlət Proqramı"na edilən dəyişiklikdə əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməlidir.

Nazirliyə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi də tapşırılıb.


Etiketlər:  Şərqi Zəngəzur Qarabağ aerokosmik fotoşəkillərlə təhlil ediləcək


RƏYLƏR