Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 09:40
"Sabah"ın baş məşqçi vəzifəsində dəyişiklik edilib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə 49 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub.
Əsas komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubuun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.
Qeyd edək ki, E.Əhmədov ötən ildən "Sabah"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsüm 4 oyundan 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.