Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vahid Avropa evi xəyalı puç oldu”

“Vahid Avropa evi xəyalı puç oldu”

Tarix: 9 May 2022 09:08

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bazar günü Berlində Alman Həmkarlar İttifaqları Assosiasiyasının qurultayında çıxış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, 77 il əvvəl Almaniyanı nasizmdən azad edən Qərb və Şərqdəki müttəfiqlərə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, indiyədək siyasətçilər Avropada bir daha müharibənin olmaması üçün çalışıblar.

"Mixail Qorbaçov bizə vahid Avropa evi yaratmaq perspektivini verdi. Amma bu gün vahid Avropa evi xəyalı puç oldu və onun yerini yeni kabus aldı. Bu gün mayın 8-i müharibə günüdür", - deyə Almaniya prezidenti Ukrayna müharibəsini nəzərdə tutaraq bəyan edib.

O, Avropanın bu müharibəyə münasibətdə həmrəy olduğunu da diqqətə çatdırıb.

"Həmrəylik həm də Aİ tarixində heç vaxt tətbiq etmədiyimiz radikal sanksiyalar vasitəsilə Rusiyaya təzyiq göstərməkdir", - Ştaynmayer əlavə edib.

Milli.Az


Etiketlər:  Vahid Avropa xəyalı puç oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ