Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın xoşlandığı kişidən hamilə qalmaq üçün görün nə etdi - Hər görüşdə xəlvətcə...

Qadın xoşlandığı kişidən hamilə qalmaq üçün görün nə etdi - Hər görüşdə xəlvətcə...

Tarix: 9 May 2022 10:32

Almaniyanın Dortmund şəhərində yaşayan qadının hamilə qalmaq arzusu uğursuz başa çatıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, 39 yaşlı qadın 41 yaşlı kişi ilə 2 ildə münasibət qurub və hər şey qaydasında gedib. 

Kişidən xoşlanan qadın hamilə qalmaq qərarına gəlib və bunun üçün hər görüşdə xəlvətcə prezervativləri deşib. Lakin nəticə əldə etməyib.

Bu günlərdə münasibətlər soyuduqda isə qadın məsələni etiraf edib. Əsəbləşən kişi məhkəməyə müraciət edib.

Qalmaqallı məhkəmə prosesində prokurorluğun qadına qarşı irəli sürdüyü cinsi zorakılıq ittihamı təsdiqlənib və o 6 ay şərti olaraq azadlıqdan məhrum edilib. Bununla belə, məhkəmə işlə bağlı yuxarı instansiyaya müraciət etməyi tövsiyə edib.

Tərəflərin münasibətinə gəlincə, qadınla kişi yenidən barışaraq səmimi münasibətləri davam etdirirlər. Lakin uşaq söhbəti artıq bağlanıb. 

Milli.Az


Etiketlər:  Qadın xoşlandığı kişidən hamilə qalmaq üçün görün etdi Hər görüşdə xəlvətcə


RƏYLƏR