Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyəri möhkəmləndirən TƏBİİ VASİTƏLƏR

Qaraciyəri möhkəmləndirən TƏBİİ VASİTƏLƏR

Tarix: 10 May 2022 07:24

Qaraciyər insan orqanizmində ən əsas orqanlardan biridir.

Qaraciyərin sağlamlığı orqanizmin ümumi sağlamlığında olduqca böyük oynayır. Qaraciyər orqanizmin filtridir. Filtr "çirklənəndə", şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.

Spirtli içkilərin qəbulu, siqaret çəkmək, düzgün olmayan qidalanma (menyuda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fast-fudun və s. olması), dərman preparatlarının nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qaraciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qaraciyərin funksiyasının pozulması simptomları meydana çıxır - sağ qabırğaaltı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan "səbəbsiz" baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik, dərinin vəziyyətinin pisləşməsi və s.

Saglamolun.az bildirir ki, qaraciyəri sağlam saxlamaq və möhkəmləndirmək istəyən insan ilk növbədə siqaret və spirtli içkilərdən imtina etməli, sağlam qidalanma prinsiplərinə əməl etməli, dərman preparatlarını özbaşına yox, yalnız həkim təyin etdikdən sonra qəbul etməlidir, stresdən uzaq olmalıdır. Qaraciyər digər həzm orqanları kimi qida qəbulları arasında uzun fasilələr "xoşlamır". Qidanı gün ərzində 4-5 dəfə az miqdarda olmaqla qəbul etmək lazımdır. Bu qaraciyəri artıq yükləmədən qoruyur.

Bəzi təbii vasitələr qaraciyərin təmizlənməsinə və möhkəmlənməsinə kömək edir. Bu vasitələr arasında:

- Qaraciyər bu kimi məhsulları xoşlayır: balqabaq (şirə içmək, sıyıq bişirmək olar, balqabaq tumaları da çox xeyirlidir), yemiş, çuğundur, sitrus meyvələri (xüsusilə portağal), müxtəlif göyərtilər (xüsusilə kərəviz, cəfəri), süd məhsulları (xüsusilə kəsmik, pendir), müxtəlif sıyıqlar (xüsusilə qarabaşaq, yulaf yarmaları). Sadaladığımız məhsulları daha tez-tez qəbul etmək lazımdır.

- Bal qaraciyər üçün xüsusilə xeyirlidir. Hər gün səhər tezdən 1 stəkan ilıq suya 1 çay qaşığı bal əlavə edin və kiçik qurtumlarla için.

- Bəzi bitkilər qaraciyərin funksiyasını yaxşılaşdırır. Bu bitkilərin arasında: dağ tərxunu, qarğıdalı saçaqları, solmaz çiçəyi, itburnu, nanə və s. Bu otları həm tək-tək, həm də yığım şəklində istifadə etmək olar. Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın, sonra alınımış yığımdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün ona bal da əlavə etmək olar.

- Kifayət miqdarda adi təmiz su için. Bu orqanizmdən ziyanlı maddələrin çıxmasına kömək edir, qaraciyərin işini asanlaşdırır.

- Fiziki hərəkətlilik də qaraciyərin sağlamlığı üçün çox vacibdir. Yoqada qaraciyərin təmizlənməsi və möhkəmləndirilməsi üçün müxtəlif məşğələlər var. Açıq havada gəzintilər, üzgüçülük də çox xeyirlidir.

Milli.Az


Etiketlər:  Qaraciyəri möhkəmləndirən TƏBİİ VASİTƏLƏR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR