Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 08:06
Moskva Avropa ölkələrindəki səfirlikləri bağlmaq fikrində deyil.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O bildirib ki, Moskva qeyri-dost adlandırdığı ölkələrin Avropadakı səfirliklərinin bağlanması təşəbbüsündə deyil.
"Bu, bizim ənənəmizdə yoxdur. Ona görə də biz hesab edirik ki, diplomatik nümayəndəliklərin işi vacibdir", - deyə Qruşko bildirib.
Onun sözlərinə görə, ölkəsi diplomatik müharibəyə, qovma kampaniyasına başlamayıb.