Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kirkorov, Petrosyan və Viner-Usmanova üçün ölkəyə giriş qadağan edilib

Kirkorov, Petrosyan və Viner-Usmanova üçün ölkəyə giriş qadağan edilib

Tarix: 10 May 2022 09:32

Latviya rusiyalı müğənni Filipp Kirkorov, komediya ustası Yevgeni Petrosyan və Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanovanın respublikaya girişinə qadağa qoyub. Bu barədə bazar ertəsi, mayın 9-da ölkənin xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Latviyanın Rusiyanın tanınmış simalarını "persona non qrata" elan etdiyi bildirilir. Kirkorov, Petrosyan və Viner-Usmanovaya "qeyri-müəyyən müddətə" ölkəyə giriş qadağan edilib.

Rinkeviçs bu qərarın "immiqrasiya qanunu əsasında" qəbul edildiyini qeyd edib. Eyni zamanda o bildirilib ki, Rusiya vətəndaşlarının qara siyahıya salınmasına səbəb onların Ukrayna müharibəsində Rusiyaya dəstək verməkdə fəal mövqe nümayiş etdirmələridir.

Milli.Az


Etiketlər:  Kirkorov Petrosyan Viner Usmanova üçün ölkəyə giriş qadağan edilib


RƏYLƏR