Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyev çox ciddi xarici siyasət aparır - Qriqoryan

Əliyev çox ciddi xarici siyasət aparır - Qriqoryan

Tarix: 10 May 2022 12:26

Birbaşa etiraf etməliyik ki, İlham Əliyev çox ciddi xarici siyasət aparır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Budro Nyus (Budrooo News) kanalına açıqlamasında tanınmış erməni politoloq, Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan deyib.

O bildirib ki, erməni ictimaiyyətində və siyasi elitasında yanlış fikir formalaşıb:

"Təəssüf ki, erməni ictimaiyyəti və siyasi elitasında onların arxasında Türkiyənin durduğu, son vaxtlar Bakını Rusiyanın da müdafiə etməsi, Türkiyə və Rusiyanın sayəsində azərbaycanlıların uğur qazanması barədə təsəvvürlər var. Bu, olduqca sadəlövh yanaşmadır. Əlbəttə, Türkiyə və Rusiya birməmalı olaraq Azərbaycanı müdafiə edir. Rusiya hətta son vaxtlar daha güclü şəkildə Bakını dəstəkləyir - mən faktlar gətirə bilərəm.

Amma İlham Əliyev özü xarici siyasətdə olduqca dinamikdir. Mən sizə sadə bir misal gətirəcəyəm: bilirsiniz ki, mənimlə müxtəlif ölkələrin diplomatları görüşür, vaxtaşırı olaraq xaricdə oluram, elə Brüsseldən yenicə gəlmişəm, Avropa Birliyində yüksək səviyyəli şəxslərlə görüşlər keçirdim və s. Bilirsiniz orda necə təsəvvür yaranıb? Bizə deyirlər ki, ay ermənilər, Qarabağı işğal etmişdiniz, daha bəsdir, indi geri vermək, ordan çıxmaq lazımdır, ora sizin torpaqlar deyil. Bunu olduqca ciddi şəxslər deyir və onların böyük əksəriyyəti heç də antierməni deyil! Mən deyəndə ki, axı belə bir anlayış var - xalqların öz müqəddəratını təyin etməsi, ermənilər avtonomdur, orda həmişə yaşayıblar və ilaxır... - onlarda belə bilgi yoxdur. Xüsusilə yeni nəsildə. Hansı ki, biz 1990-cı, 2000-ci illərdə bu informasiyaları ötürmüşdük. İndi o informasiyaları alan həmin insanlar yoxdur, yeni nəsil isə ancaq Azərbaycanın informasiyalarını bilir".


Etiketlər:  Əliyev çox ciddi xarici siyasət aparır Qriqoryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ