Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 13:30
Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşaası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib. Bu iddia ilə yaxınlıqda yaşayan sakinlər çıxış ediblər. Onların sözlərinə görə belə vəziyyət uzun müddətdir ki, davam edir. Əməkdaşlarımız da ərazidə çəkiliş aparıblar. Bu zaman onlar da narkomanların istifadə edərək tulladıqları şprislərə rast gəliblər. Artıq polis əməkdaşları binanı ciddi nəzarətə də götürüb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, otaqlarının içərisinə müxtəlif ölçüdə istifadə olunmuş şprislər atılıb. Uzun müddətdir baxımsız vəziyyətdə qalan bu binadan iddialara görə narkomanlar istifadə edir.
Belə bir mənzərə Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində yaşanır. Sakinlər iddia edirlər ki, qəsəbənin Vaqif Ələkbərov 1 ünvanında yerləşən 5 mərtəbəli binaya günün müxtəlif vaxtlarında müəyyən şəxslər daxil olaraq narkotik vasitələrdən istifadə edirlər.
Biz də çəkiliş aparan zaman bir neçə yerdə istifadə edilmiş şprislərə rast gəldik.
Sakinlərin iddia edirlər ki, binadan təkcə narkomanlar istifadə etmirlər. Buranı həm də naməlum şəxslər əxlaqsızlıq yuvasına çeviriblər.
Problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdikdən sonra əraziyə polis əməkdaşları gələrək binaya baxış keçiriblər. Nazirliyin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə ərazidə nəzarət tədbirləri gücləndirilib.
Qeyd edək ki,baxımsız vəziyyətdə qalan bu bina təxminən 15-20 il əvvəl tikilməyə başlayıb. Sonradan isə inşaası yarımçıq qalıb.