Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 08:16
"Tibet Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki "Çzyanbey" beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat təxminən 8:00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib, bütün sərnişinlər dərhal təxliyə edilib.
Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu bildirilir.
Hadisə zamanı 40 nəfər yaralanıb.
Ölənlər barədə məlumat verilmir.
Qəzanın səbəbləri müəyyən edilməyib.