Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvili müalicə üçün klinikaya köçürülür

Saakaşvili müalicə üçün klinikaya köçürülür

Tarix: 12 May 2022 10:52

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili müalicə alması üçün həbsxanadan klinikaya köçürülür.

Milli.Az APA-ya istinadən bildirir ki, sabiq Prezidentin 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən "Vivamedi" klinikasına köçürülməsinə başlanılıb.

Xəbərə görə, sabiq Prezidentin olduğu ehtimal edilən penitensiar avtomobillər bir neçə dəqiqə öncə həbsxanadan yola düşüblər.

Eyni zamanda Mixeil Saakaşvilinin yerləşdiriləcəyi "Vivamedi" klinikasının girişi sarı lentlə əhatəyə alınıb.

Milli.Az


Etiketlər:  Saakaşvili müalicə üçün klinikaya köçürülür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ