Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 20:20
Ağacların kəsilməsi faktı araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib.
Xidmət rəsmisi Vaqif Cavadov Sonxeber.net-a bildirib ki, ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.