Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 21:14
2020/2021 mövsümündə "Qalatasaray"da çıxış etmiş Henri Onyekuru yenidən İstanbul təmsilçisində çıxış etməyə yaxındır.
Sonxeber.net offsideplus.az-a istinadla xəbər verir ki, hazırda Yunanıstan "Olimpiakos"unda forma geyinən 24 yaşlı nigeriyalı vinger özünü bu komandada xoşbəxt saymır. Səbəb isə Onyekurunun əksər matçlarda ehtiyat oyunçular skamyasında yer almasıdır.
Futbolçunun meneceri Villiam D'Avila onu yenidən "Qalatasaray" rəhbərliyinə təklif etdiyini deyib. "Cim-bom" rəhbərliyinin Onyekurunun qayıtması məsələsinə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, adıçəkilən futbolçu ötən ildən "Olimpiakos"da çıxış edir.