Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2022 11:32
Rusiyaya qarşı beynəlxalq sanksiyalar yalnız bütün qoşunlarını Ukraynadan çıxaracağı təqdirdə ləğv ediləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
Almaniyada keçirilən G7 xarici işlər nazirlərinin görüşündə iştirak edən nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin onu işğalın bütün faydalarından məhrum edəcək və növbəti aqressiyalardan çəkindirəcək məğlubiyyətlə üzləşməlidir.
Liz Trass Vladimir Putinin dünya səviyyəsində özünü alçaltdığını deyib.
Britaniyalı nazir Ukraynanın NATO hərbi vasitələrinə çıxışının artırılmasına çağırıb.
G7 xarici işlər nazirlərinin cümə günü ukraynalı və moldovalı həmkarları ilə yenidən görüşəcəyi bildirilib.