Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-dan "Qarabağ"a 4 milyona yaxın avro

UEFA-dan

Tarix: 16 Sentyabr 2019 16:12

“Qarabağ”ın 2019-2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar qitə futbol qurumu tərəfindən ayrılmış 2 milyon 750 min avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bu məbləğ AL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, “Qarabağ”ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

 

 


Etiketlər:  UEFA dan Qarabağa 4 milyona yaxın avro


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ