Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2022 22:40
Rusiyada illik inflyasiya apreldə əvvəlki ayla müqayisədə 16,69 faizdən 2002-ci ilin yanvarından bəri ilk dəfə 17,83 faizə yüksəlib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu məlumatı Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqlayıb.
Bildirilib ki, aprel ayında ölkədə ərzaq məhsullarının qiyməti 20,5 faiz artıb.
Sözügedən dövrdə qeyri-ərzaq məhsullarının qiymətləri 20,2 faiz, xidmət məhsullarının qiymətləri isə 10,9 faiz bahalaşıb.
Rusiya Mərkəzi Bankının proqnozlarına görə, 2022-ci ildə ölkədə illik inflyasiyanın 18-23 faiz arasında olacağı gözlənilir.