Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2022 23:06
Gürcüstanın buğda ehtiyatları tükənib. Yaxın günlərdə un dəyirmanları fəaliyyətini dayandıracaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu bəyanatla Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava çıxış edib.
Onun sözlərinə görə, bu gün ölkəyə yalnız un idxal olunur. Taxıl sifariş edən yoxdur. Bunun əsas səbəblərindən biri unun idxal rüsumundan azad olunmasıdır. Buğdanın idxalı zamanı isə üzən məzənnə üzrə gömrük rüsumu tətbiq olunur.
L.Selaqava deyib ki, ölkəyə buğda idxalı zamanı hər bir ton üçün 120 ABŞ dolları həcmində gömrük rüsumu ödənilir. Buna görə də artıq bir aydır ki, ölkəyə yalnız un idxal olunur. İcraçı direktor deyib ki, BMT-nin tövsiyələrinə görə hər bir ölkədə iki aylıq buğda ehtiyatı olmalıdır. "Təəssüf ki, bu gün Gürcüstanda bununla bağlı yaranmış vəziyyət BMT-nin tövsiyələrinə cavab vermir", - deyə L.Silaqava vurğulayıb.
Bildirib ki, ölkəyə un keçən ilin iyul ayından gətirilməyə başlasa da, 2021-ci ildə çörəyin qiyməti 24 faiz bahalaşıb. Bahalaşma bu ildə davam edib və bundan sonra da çörəyin qiymətinin artacağı istisna edilmir.