Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal temperaturun artımı 3 dərəcəni keçərsə...

Qlobal temperaturun artımı 3 dərəcəni keçərsə...

Tarix: 13 May 2022 23:38

Qlobal iqlim dəyişmələri ilk növbədə kənd təsərrüfatının məhsuldarlığını azalda bilər. Dünyada bir milyarda qədər insan kənd təsərrüfatı ilə məşğul olur. Burada qida təhlükəsizliyi məsələsi gündəmə gələ bilər. Bütün ölkələr qida təhlükəsizliyi məsələlərinə hazır olmalıdır. Su qıtlığı məsələsi yenə də öz aktuallığını saxlayacaq. Qlobal temperaturun 2 dərəcə artması bütün dünyada su resurslarına yenidən baxışı gündəmə gətirəcək. Bir çox ölkələrdə buzlaqlar əriyib və onların əriməsi hesablama və analizlər aparılmasını tələb edir. 2080-ci ilə qədər dünyada 1,8 milyard insan su qıtlığından əziyyət çəkə bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib.

O bildirib ki, bununla yanaşı, ekosistemlər məhv ola bilər: "Temperaturun 2 dərəcəyədək artması fauna və flora növlərinin məhvolma riskini artıracaq. Artım 3 dərəcəni keçərsə, biomüxtəlifliyə aid növlərin təqribən 20-30 faizinin nəsli kəsilə bilər.

Digər mənfi təsir insan sağlamlığına ilə bağlıdır. Xroniki xəstəliklər arta bilər. O cümlədən temperaturun artması ilə malyariyanın əhatə dairəsi genişlənə və əlavə 400 milyonadək insan həmin xəstəliyə yoluxa bilər. Həmçinin yeni hibrid müxtəlif xəstəlik növlərinin meydana gəlməsi qaçılmazdır".


Etiketlər:  Qlobal temperaturun artımı dərəcəni keçərsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ