Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaçırılan yeniyetmə seks kölələrinin arasında tapıldı - FOTO

Qaçırılan yeniyetmə seks kölələrinin arasında tapıldı - FOTO

Tarix: 14 May 2022 10:08

NBA oyunundan qaçırılan 15 yaşlı qız seks köləliyinə cəlb olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə aprelin 8-də "Dallas" və "Portlend" komandaları arasında NBA-nın mövsüm matçı zamanı baş verib. Qız böyük fasilədən əvvəl tanımadığı kişi tərəfindən qaçırılıb.

O, qaçırıldıqdan 11 gün sonra Oklahomada bir moteldə tapılıb. Yeniyetmənin insan alverçilərinin əlinə keçdiyi və cinsi köləliyə cəlb edildiyi bildirilir.

Valideynlər qızlarını seks-reklam saytındakı fotoşəkillərdən tanıyıblar.

Vəkil Zeke Fortenberinin sözlərinə görə, qızın atası onun oyun zamanı yoxa çıxması barədə polisə məlumat verib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları kişini şikayət ərizəsi yazmaq üçün Dallas yaxınlığındakı şəhərə göndəriblər. Orada isə ona bildirilib ki, hadisə Dallasda baş verdiyi üçün yerli polis hadisəni araşdıra bilmir. Nəhayət ata Hyustonda insan alveri ilə mübarizə agentliyinə müraciət edib.

Araşdırmalar nəticəsində polis səkkiz şübhəli şəxsi həbs edib.

Yeniyetmənin valideynləri isə "Dallas Maveriks"i və polisi səhlənkarlıqda ittiham edərək məhkəməyə müraciət edib.

Milli.Az


Etiketlər:  Qaçırılan yeniyetmə seks kölələrinin arasında tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ