Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 14:02
Türkiyədə daha bir maraqlı boşanma qeydə alınıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Qaziantep vilayətində baş verib. Müəllim işləyən ər H. K. həmkarı olan həyat yoldaşı D.N.K.-nı boşamaq üçün məhkəməyə müraciət edib. Buna səbəb isə cütlüyün ailə qurduqları 2018-ci ildən bəri heç vaxt cinsi əlaqədə olmamalarıdır.
H.K. həyat yoldaşının cinsi əlaqə istəməməsi, hətta bal ayında belə münasibətdə olmamalarını söyləyib. Onun sözlərinə görə, ailə qurmalarına rəğmən, sanki dost kimi yaşayıblar.
Məhkəmə şikayətçinin iddiasını əsaslı qəbul edərək, onları boşanmağına qərar verib.