Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 20:26
Almaniyanın Nordernay adlı kiçik kurort adasındakı "Altes Brohaus", "Vest-Ştrandbar" və "Norderneyer Brohalle" restoranlarının hər üçü AFR-in sabiq kansleri Herhard Şröderə və onun xanımı Kim So Yenə xidmət göstərməkdən imtina edib.
Həmin restoranların sahibləri bu cütlüyün adaya səfərindən xəbər tutan kimi öz müəssisələrinin müdirlərinə göstəriş veriblər ki, onlar keçmiş alman siyasətçisi, hazırda "Qazprom" konserninin Avropada maraqlarının fəal lobbiçisi Herhard Şröderi onlara məxsus əraziyə buraxmasınlar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sabiq kanslerin Almaniya vətəndaşları arasında populyarlığının və hörmətinin azalmasını göstərən bu məlumat dərhal bütün ölkəyə yayılıb. Sosial şəbəkələrin istifadəçiləri restoran sahiblərinin bu qərarını bəyəndiklərini bildirirlər.
Xatırladaq ki, bu il fevral ayında Şröderlər cütlüyünü Şarboytsdakı "Beysayd" otelinə də buraxmayıblar.