Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Haaqa məhkəməsi ən böyük müstəntiq qrupunu Ukraynaya göndərəcək

Haaqa məhkəməsi ən böyük müstəntiq qrupunu Ukraynaya göndərəcək

Tarix: 15 May 2022 23:56

BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) 42 təhqiqatçısı Rusiya hərbçilərinin Ukraynada törətdikləri hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib.

Kərim Xan qeyd edib ki, bu, "onun ofisinin indiyə qədər həyata keçirdiyi ən böyük yerləşdirmədir". Müstəntiqlər qrupuna Niderlanddan olan 30 mütəxəssis, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər daxildir ki, onlar "faktları tapıb həqiqəti müəyyən edəcəklər".

Prokuror vurğulayıb ki, Haaqa Məhkəməsi və ya milli hakimiyyət orqanlarının ədalət mühakiməsini həyata keçirib-keçirməyəcəyi onu maraqlandırmır - "əsas odur ki, araşdırmalar etibarlı, dürüst və müstəqil olsun və bundan sonra hakim qərar verə bilər".

O qeyd edib ki, Haaqa Məhkəməsi Polşa, Litva və Ukraynanın birgə istintaq qrupu ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ümumi sənədlərlə tanış ola biləcək.

Eyni zamanda, Haaqa Məhkəməsi bütün sənədlərini paylaşmaq niyyətində deyil. "Çünki biz münaqişənin bütün tərəflərinin hərəkətlərinə baxmaq məcburiyyətindəyik, istər nizami qüvvələr olsun, istərsə də nizamsız ordular", - prokuror əlavə edib.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan martın 2-də Ukraynada törədilmiş cinayətlərlə bağlı istintaqa başlayıb.

Milli.Az


Etiketlər:  Haaqa məhkəməsi ən böyük müstəntiq qrupunu Ukraynaya göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ