Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda anginanın səbəbləri

Uşaqlarda anginanın səbəbləri

Tarix: 16 May 2022 02:03

Bir çox hallarda uşaqlarda angina bakteriyalar və ya viruslar tərəfindən törədilir. 80-85% hallarda infeksiyanın törədiciləri A qrup β-hemolitik streptokoklar; 10% - qızılı stafilokoklar; nadir hallarda pnevmokok, hemofiliya çöpləri, viruslar, mikoplazmalar, xlamidiyalar, göbələklər, miks-infeksiyalardır. Bir qayda olaraq, 3 yaşına qədər uşaqlarda angina virus, 5 yaşından yuxarı uşaqlarda isə bakterial mənşəllidir. Uşaqlarda streptokok anginası ilə xəstələnmə 5-10 yaşlarda daha çox rastlanır. Hüceyrədaxili törədicilər məktəbəqədər yaş dövründə olan uşaqlarda 10% hallarda tonzillit və faringitə səbəb olurlar. Bəzi kliniki hallarda patologiya ağız boşluğunda yaşayan şərti-patogen bakteriyaların massiv inkişafı və sıxlığının artması nəticəsində yaranır. İnfeksiya badamcıqlara əsasən ekzogen  yolla yoluxur. Travmatik angina bir çox hallarda burun-udlaq və burun boşluğunun arxa nahiyələrinin cərrahi əməliyyatlarından sonra inkişaf edir. Uşaqlarda rastlanan anginanın profilaktikası infeksiyaya yoluxmuş xəstələrlə kontaktın məhdudlaşması, ümumi rezistentliyin yüksəlməsi, irinli ocaqların sanasiyası, qida rasionunun vitaminlərlə zənginləşdirilməsini tələb edir.

Milli.Az


Etiketlər:  Uşaqlarda anginanın səbəbləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ