Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İntim videosu yayılan keçmiş YAP-çı Əli Əliyevi məhkəməyə verdi

İntim videosu yayılan keçmiş YAP-çı Əli Əliyevi məhkəməyə verdi

Tarix: 16 May 2022 14:50

Vətəndaş İnkişaf Partiyasının sədri, hazırda həbsdə olan Əli Əliyev yeni ittihamla məhkəməyə verilib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki,  onun barəsində xüsusi ittiham qaydasında şikayət edilib. Şikayətə Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatı ilə baxılacaq. Ə. Əliyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub.

Onu Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşov məhkəməyə verib.

Məhkəmənin ilk iclası mayın 2-də baş tutacaq.

Qeyd edək ki, R. Göyüşov sosial şəbəkələrdə yayılan intim videosu ilə gündəmə gəlmişdi.


Etiketlər:  İntim videosu yayılan keçmiş çı Əli Əliyevi məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ