Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 15:24
Dünən axşam saatlarında Polşanın Poznan şəhərindən havaya qalxdığı bildirilən yüngül təyyarənin uçuş trayektoriyası diqqət çəkib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dünyanın dörd bir yanından aviasiya məlumatlarını təqdim edən "Flightradar24" maraqlı görüntüləri yayımlayıb.
Təxminən dörd saat uçan təyyarə öz hərəkət trayektoriyası ilə "Müharibə etmə, pivə hazırla" sözlərini yazıb. Naməlum pilot "əl işinin" sonunda ürək işarəsi də "çəkib".
Təyyarənin Poznanda yerləşən "Smart Aviation" adlı uçuş məktəbinə aid olduğu bildirilib.