Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib - FOTO

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib - FOTO

Tarix: 16 May 2022 18:12

Mayın 16-da Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az


Etiketlər:  Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ