Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 19:35
Respublikanın əməkdar artisti, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva fransız dilində mahnı oxuyub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mahnı ARB-nin "Tam vaxtıdır" verilişində ifa edilib.
Mahnı əbədi sevgi və məhəbbət mövzusundadır. Bəs görəsən, xanım müğənni mahnının sözlərini düz ifa edib? Fransız dili mütəxəssisi, "Şərq" qəzetinin redaktoru Ayyət Əhmədin lent.az-a dediyinə görə, əslində, müğənninin tələffüzü anlaşılandır, amma hiss olunur dili tam yatmır.
"Bir dildə sözləri daha rəvan tələffüz etmək üçün o dildə danışmalısan. Fransız dilində dil önü, dil arxası, dodaqlar yana çəkilməklə və burunda tələffüz edilən səslər var. Bu xanımı qınamaq olmur, ona fransız dilinin fonetikasından əməlli-başlı dərs keçilməlidir. Hiss olunur ki, xanım müğənni 2-3 dəfə müəllim yanına gedib. Həmin müəllimin Azərbaycan dilində düzgün transkripsiyasının götürüb oxuyur. Amma elə səslər var, Azərbaycan dilində yoxdur. Elə səs var ki, onu tələffüz etmək üçün dilin ucu qatlanıb qırtlağa doğru yönəlməlidir. Məsələn, "la chemise", yəni köynək. Buradkı "la" artikıldı, amma əminəm ki, o bu "l"i ustalıqla tələffüz edə bilməz. Amma yenə də sağ olsun, anlaşılandır, bir fransız dinləsə, tam başa düşəcək".
Lent.az-ın əldə etdiyi məlumata görə, Elnarə xanım bu mahnını bir müddət əvvəl hazırlayıb və xüsusi olaraq müəllim yanına gedib.
Onu da qeyd edək ki, Elnarə xanım Edit Piafin "La vie en rose" ("Qızıl güllər içində həyat") mahnısını ifa edib.