Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 22:14
Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində pul yığılması iddia olunub.
Belə ki, Mikayıl Müşfiq adını daşıyan 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın "Son zəng"də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı bildirilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, idarə tərəfindən müvafiq araşdırma aparılır:
"Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".