Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kranın içindən zəlilər tökülür'' - VİDEO

''Kranın içindən zəlilər tökülür'' - VİDEO

Tarix: 18 May 2022 19:38

Göyölün Ağdağ qəsəbəsinin sakinləri evlərinə gələn sudan narazılıq edirlər. Onlar evlərinə verilən suyu həm məişətdə işlədirlər, həm də içirlər. Ancaq suyun tez-tez bulanması ondan istifadəni müşkülə çevirir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki,  qəsəbənin su ilə bağlı problemi bununla da bitmir.

Sakinlər kanalizasiya xətlərinin olmamasından da əziyyət çəkdiklərini deyirlər.

Məsələyə münasibət bildirən Göygöl rayon Sukanal sahəsinin rəisi Yaşar Məhərrəmov isə deyib ki, yağıntılı havalarda su təminatında fasiləli rejimə keçilməsi mövcud təlimatalara əsaslanır.

O həmçinin qeyd edib ki, sakinlərin su təminatı sayğac sistemi ilə olduğundan fasilələr onların əlavə borclanmasına səbəb olmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Kranın içindən zəlilər tökülür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ