Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 10:02
Fransanın yeni seçilmiş Baş naziri Elizabet Bornun adaşı ortaya çıxıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, məlum olub ki, xanım nazirlə adı və soyadı eyni olan müğənni də var.
İspaniya və Fransa vətəndaşı olan müğənni ötən həftə Fransada hökumət rəhbəri dəyişdikdən sonra daha da məşhur olub.
Maraqlıdır ki, yeni hökumət başçısı da məsələyə reaksiya verib. O, adaşının "Facebook" səhifəsindəki şəklini bəyəndikdən sonra müğənninin ulduzu parlayıb. Bir gündə həm sosial şəbəkədəki səhifələrinə, həm də çəkdirdiyi kliplərə baxış sayı artıb.