Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cüzeppe Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək

Cüzeppe Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək

Tarix: 19 May 2022 17:48

Mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Riqoletto" operasının tamaşası keçiriləcəkdir.

"Riqoletto" Verdi yaradıcılığının zirvəsi, ən dəyərli nümunələrindən biri hesab olunur. Azərbaycan Opera və Balet Teatrının çoxsaylı tamaşaçıları hər zaman bu operanın tamaşasını maraqla qarşılayırlar. Operanın librettosu Viktor Hüqoqun "Kral əylənir" adlı dramının süjeti əsasında qələmə alınmışdır.

Tamaşada əsas partiyanı -  Riqoletto partiyasını ifa etmək üçün Serbiyadan Belqrad Milli Operasının aparıcı solisti, vokalçıların  beynəlxalq müsabiqələrinin laureatı Matiç Draqutin dəvət olunmuşdur.

Hersoq rolunda Azərbaycanın Əməkdar atristi Ramil Qasımov çıxış edəcəkdir. Cilda partiyasını isə Əməkdar artist, Prezident mükafatçısı İnarə Babayeva  ifa edəcəkdir.

Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov  və Əkrəm Poladov, Əməkdar artistlər Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Fəhmin Əhmədli, Nina Makarova və Rza Xosrovzadə  iştirak edəcəklər.

Tamaşanı Xalq artisti, dirijor Fəxrəddin Kərimov idarə edəcəkdir.

Milli.Az


Etiketlər:  Cüzeppe Verdinin Riqoletto operasının tamaşası keçiriləcək


RƏYLƏR