Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şadlıq evi olan ilk müğənniyəm, fonoqramı da mən yaratmışam''

''Şadlıq evi olan ilk müğənniyəm, fonoqramı da mən yaratmışam''

Tarix: 19 May 2022 20:40

Müğənni Cavad Rəcəbov Azərbaycanda ilk şadlıq sarayı açan ifaçı olduğunu iddia edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "Səhər mərkəzi" proqramında danışıb. O bildirib ki, fonoqramı da musiqi aləminə o gətirib:

"Azərbaycanda şadlıq sarayı olan ilk müğənniyəm. İlk dəfə şəxsi studiyanı mən açmışam. İlk dəfə diceylik də mən etmişəm. Fonoqram yaratdım. Deməmişdim, fonoqramı toyda etsinlər. Demişdim, dağın döşündə oxuyanda edin. 1970-ci illərdə ərəblərlə, türklərlə fonoqram oxuyurdum".


Etiketlər:  Şadlıq olan müğənniyəm fonoqramı mən yaratmışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ