Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 18:52
İstanbulda yoldaşları ilə küçədə oynamaq üçün yolu keçmək istəyən balaca uşağın üstündən avtomobil keçib. Xoşbəxtlikdən, uşaq xəsarət almadan xilas olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Mövlana rayonunda baş verib. Avtomobilin sürücüsü uşağı görməyib və hərəkətinə davam edib. Uşaq isə gözlənilmədən avtomobilin altına girib. Sonra isə sağ-salamat ayağa qalxaraq digər uşaqların yanına gedib.
Baş verənlərdən təəccüblənən uşağın yaxınları qaçaraq onun yanına gəliblər. Xəsarət alıb-almadığını yoxladıqdan sonra qucaqlarına alaraq evə aparıblar.