Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 12:40
Özbəkistanda yayımlanan "Artist yangi soni" yarışmasında Azərbaycanın məşhur meyxanaları səsləndirilib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, iştirakçı Elyorbek Melibayev meyxanaçılar - Rəşad Dağlı, Aydın Xırdalanlı, Pərviz Bülbülə və Elşən Xəzərin illər əvvəl məclislərin birində dediyi "Ağ, qara, qırmızı, can, ay fransız qızı" meyxanasını oxuyub.
Bundan sonra o, ötən əsirdə Aydinçikin səsləndirdiyi "Elnare" mahnısını, ardınca Namiq Qaraçuxurlunun "Papanın gül balası" meyxanasını ifa edib. Üç mahnını birləşdirən iştirakçını səhnədə rəqqasələr müşayiət edib.