Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 12:36
Bakı. Cani Babayeva - Trend:
Bakıda gimnastlar üçün gözəl şərait yaradılıb.
Bunu Trend-ə Avstraliya gimnastı Lidiya Yakovleva dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.
O, Bakıda ilk dəfə olduğunu deyib:
“Bura çox rahatdır. Yarışların keçirildiyi zalda dekorasiyalar çox gözəldir. Biz sanki nağıllar aləminə düşürük. Şərait çox gözəldir. Məşq yerləri yaxşıdır, xalçalar çoxdur və hər şey çox yaxşı təşkil olunub”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin