Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putin generallarına qəzəblidir, onları vəzifədən qovur''

''Putin generallarına qəzəblidir, onları vəzifədən qovur''

Tarix: 22 May 2022 18:18

Rusiya Prezidenti Vladimir Putin generallarına qəzəblənib və onları tədricən vəzifələrindən uzaqlaşdırır.

Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.

"Putinin narazılığının iki səbəbi var. Birincisi, faktiki olaraq FTX Ukrayna ərazisində ictimai-siyasi əhval-ruhiyyənin real mənzərəsini iflasa uğratdı. FTX rəsmiləri iddia edirdilər ki, Ukraynada rus işğalçı qoşunları gül-çiçəklə qarşılanacaqlar. İkincisi, Putin işğalda iştirak edən rus generallarının hərəkətlərindən narazıdır. Bir çox ekspertlərin fikrincə, Rusiya ordusunun Ukrayna ərazisində belə fəlakətli vəziyyətə düşməsinə səbəb olan əsas amil qarşılıqlı əlaqənin və rus qoşunlarının hərəkətlərini təmin etməli olan normal logistika sisteminin olmaması idi", - Seleznyov bildirib.


Etiketlər:  Putin generallarına qəzəblidir onları vəzifədən qovur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ