Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Severodonetskdə zavod atəşə tutulub: 4 ölü

Severodonetskdə zavod atəşə tutulub: 4 ölü

Tarix: 24 May 2022 16:38

Rusiya qoşunları Severodonetskdə "Azot" ammiak zavodunu atəşə tutub. Hücum nəticəsində 4 dinc sakin həlak olub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Telegram-da Luqansk vilayətinin başçısı Sergey Qayday məlumat verib.

"Bu səhər ruslar yenidən "Azot" assosiasiyasının ərazisini atəşə tutublar, burada hamının bildiyi kimi, bir neçə bomba sığınacağı qurulub. Nəticədə 4 nəfər həlak olub", - Qayday bildirib.

Şəhərin mərkəzi hissəsində daha bir sakin ağır yaralanıb. O, tez bir zamanda Humanitar Qərargaha aparılıb və ona yardım göstərilib, lakin zədə ölümcül olub.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Severodonetskdə zavod atəşə tutulub 4 ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ