Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənclər niyə evlənmək istəmir?

Gənclər niyə evlənmək istəmir?

Tarix: 24 May 2022 17:32

"Ölkədə evlilik yaşı qocalır".

Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun məlimatına görə, əvvəllər 17-18 yaşında qızlar, 22-27 yaş aralığı oğlanlar ailə həyatı qururdusa, indi qızlarda bu 28, oğlanlarda isə 30 yaş üzərindədi:

"Əslində bu tandem gələcək üçün xoş vəd vermir. Erkən nikaha qarşıyam, amma yuxarı yaşda evlilik də normal qəbul edilməməlidir. Bu tendensiya davam etsə, nəsillər arası uçuruam yaranacaq. Hərbi xidmət, ali təhsil, bir sözlə bütün istiqamətlərdə çatışmazlıq olacaq".

Sosioloq Əhməd Qəşəmoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, gənclərin gec ailə qurmasının müxtəlif səbəbləri mövcuddur:

"Problemə kompleks baxmaq lazımdır. Ailə qurmağa təsir edən amillər var. Onlardan biri iqtisadi, biri isə mənəvi məsələlərdir. Ailələrdə hər yüz nigaha 32 boşanma düşürsə, bu özü ailə quranları qorxudur, insanlar tərəddüd edir. Sosial müdafiə məsələlərinə diqqət edilmir. Uyğun dövlət qurumları bununla bağlı fəaliyyət proqramları hazırlamalıdır. Bunu edən yoxdur. Cəmiyyətdə ailə dəyərləri haqqında artıq belə fikirlər xaotik bir vəziyyətə gəlib. 30-50 il bundan əvvəl ailə quranlar bilirdi ki, kişinin və qadının qarşısında hansı vəzifələr dayanır. İndi teleserillar və sosial şəbəkələrin bu sahədə yaratdığı bir qarışıqlıq var".

Əhməd Qəşəmoğlu deyir ki, evlənən gənclərin ailə barədə təsəvvürü yoxdur: "Bura həm də mühitdə baş verən məsələlər də aiddir. Hər bir ailənin qurulmasında insanların aldığı informasiya ilə yanaşı mühütdə rol oynayır. Bu sahələrdə kifayyət qədər problemlər var. Bu problemlərin arzuolunan şəkildə həll olunması üçün ölkəmizdə Elmi Təhlil Mərkəzləri olmalıdır. Orada qohum- tanışlar deyil, sahəni bilən mütəxəsislər işləməlidir. Məsələlər başlı-başına qalıb, belə olan halda gənclər də evlənmək istəmir".


Etiketlər:  Gənclər niyə evlənmək istəmir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ