Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 13:46
Ölkəmizdə bəzi tarixi-mədəni abidələrdən ictimai-iaşə obyekti kimi istifadə edilir. Çünki onlar vətəndaşların xüsusi mülkiyyətindədir. Bəs abidənin şəxsi mülkiyyətə verilməsi hansı halda mümkündür? Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məsələyə münasibət bildirilib. Məlum olub ki, belə halda icarəyə götürən şəxs dövlət xidmətiylə mühafizə müqaviləsi imzalamalıdır. Bəs mühafizə müqaviləsinə nələr daxildir?
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, ölkədə elə tarixi-mədəni abidələr var ki, vətəndaşlarının xüsusi mülkiyyətindədir. Həmin tarixi əhəmiyyətli abidələrdən müxtəlif insanlar ictimai-iaşə obyekti kimi istifadə edilir.
Bəs tarix-mədəniyyət abidələrinin şəxsi mülkiyyətə verilməsi hansı halda mümkündür? Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, Qanunvericiliyə əsasən, müəyyən istisnalar olmaq şərtilə, abidələrin xüsusi mülkiyyətə verilməsində heç bir qadağa yoxdur. Yerli əhəmiyyətli memarlıq abidələri xüsusi mülkiyyətə verilə bilər. Belə halda, xüsusi mülkiyyətçi, yəni icarəyə götürən şəxs dövlət xidmətiylə mühafizə müqaviləsi imzalamalıdır. Mühafizə müqaviləsində xüsusi mülkiyyətçinin abidəylə bağlı bütün hüquqları, öhdəlikləri, vəzifələri qeyd olunur.
Dövlət xidmətinin nəzarəti altında, abidənin itirilmiş, və ya hər hansı bir formada zədələnmiş hissələri əvvəlki halına qaytarılaraq təmir edilə bilər.
Sektor müdiri bildirdi ki, belə nümunələrin bu gün də mülkiyyətçilər və sahibkarlarla davam etməsi gözlənilən və arzuolunandır.