Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 14:38
Rus işğalçıları yaxın 24-48 saat ərzində Ukraynanın Severodonetsk şəhərini (Luqansk vilayəti) tamamilə mühasirəyə ala bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu amerikalı hərbi analitik Maykl Klark deyib.
Onun sözlərinə görə, ruslar bütün diqqətlərini cəbhənin məhz bu hissəsinə cəmləyiblər: "Onların yaxın 24-48 saat ərzində bu ərazini mühasirəyə alacaqlarını gözləyirəm".
"Ruslar tam olmasa da, Severodonetski effektiv şəkildə mühasirəyə aldılar. Şəhərin qərbində onların şimal və cənub qüvvələri bir-birindən 10-12 mil məsafədədir", - Klark qeyd edib.