Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dnepropetrovsk raketlə vuruldu: 10 ölü, 35 yaralı

Dnepropetrovsk raketlə vuruldu: 10 ölü, 35 yaralı

Tarix: 27 May 2022 17:22

Mayın 27-də Rusiya qoşunları Dnepropetrovsk vilayətini atəşə tutub, Dneprovski rayonundakı Milli Qvardiyanın kazarmalarına zərbələr endirib.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Dnepr ərazi müdafiəsinin rəhbəri Gennadi Korban DneprTV-nin efirində deyib.

Korbanın sözlərinə görə, "İsgəndər" raketi Milli Qvardiyanın Dnepr bölgəsindəki kazarmalarına atılıb.

İlkin məlumata görə, 10 nəfər ölüb, 35-ə yaxın insan yaralanıb.

Korban dəqiqləşdirir ki, Müdafiə Nazirliyinin əmri ilə ordu bir yerdə 20-dən çox adamı cəmləşdirə bilməz.

Raketlər Rostov vilayətindən buraxılıb. Üç raket atıldı, onlardan biri hədəfə dəydi.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Dnepropetrovsk raketlə vuruldu 10 ölü 35 yaralı


RƏYLƏR