Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 09:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında 28 may - Müstəqillik Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə xalqımızı 28 may - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə inkişaf, rifah arzu edirəm.
Yaşasın Azərbaycan!".