Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 11:08
Rusiyanın Kaluqa vilayətində ruslarla misirlilər arasında kütləvi dava olub. Bu barədə "Baza Telegram" kanalı yazıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 26-da axşam saatlarında Puçkovo kəndindəki Bauman İnstitutunun yataqxanasının yaxınlığında baş verib. Ümumilikdə davada 30-a yaxın misirli və 20 rusiyalı iştirak edib.
Davaya səbəb rusiyalıların əcnəbilərin səs-küyündən və ayaqyolunu daim tıxamalarından narazılıqları olub.
Münaqişə yataqxanada başlasa da, daha sonra küçədə davam edib. Tərəflər bir-birini spatula, borur və tavalarla döyüblər.
Nəticədə polis 18 nəfəri saxlayıb, daha dörd nəfər isə xəstəxanaya aparılıb.