Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: "Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır"

İlham Əliyev:

Tarix: 28 May 2022 15:39

"Bu gün Azərbaycanda bayram günüdür. Müstəqillik günüdür. Ən əziz bayramdır. Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır. Bütün qonaqları səmimiyyətlə salamlayıram".

Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "TEKNOFEST Azərbaycan" Festivalında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, 104 il əvvəl müsəlman aləmində ilk Xalq Cumhurriyəti quruldu və iki ildən sonra süqut etdi:

"Azərbaycan öz müstəqiliyyini itirmişdi. Yalnız 90-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu otuz il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub".

Milli.Az


Etiketlər:  İlham Əliyev Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ