Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Albaniyanın keçmiş prezidenti vəfat edib

Albaniyanın keçmiş prezidenti vəfat edib

Tarix: 28 May 2022 20:20

Albaniyanın keçmiş prezidenti Buyar Nişani Almaniyada klinikalardan birində 56 yaşında vəfat edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Şimali Makedoniyanın "21.TV" portalı məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl Nişani ağır vəziyyətdə Almaniyadakı klinik xəstəxanalardan birinə yerləşdirilib. Keçmiş dövlət başçısının hansı xəstəlikdən öldüyü barədə məlumat verilmir.

Buyar Nişani 2012-2017-ci illərdə Albaniyanın prezidenti olub. Buna qədər isə müxtəlif dövrlərdə siyasətçi daxili işlər və ədliyyə nazirliklərinə rəhbərlik edib.


Etiketlər:  Albaniyanın keçmiş prezidenti vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ