Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşada "Baku Chamber Orchestra"nın və “Naz-nazı” muğam qrupunun bayram konserti - VİDEO - FOTO

Şuşada

Tarix: 30 May 2022 16:57

Şuşa şəhərində "Şuşa ili"nin qeyd olunması çərçivəsində bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist, Şuşa sakini  Fuad İbrahimovun rəhbərliyi altında Baku Chamber Orchestranın və "Naz-nazı" muğam qrupunun bayram konserti  keçirilmişdir.  Müstəqillik Gününə təsadüf edən Təntənəli tədbirin keçirilməsi hadisələrin əsas iştirakçılarına çevrilən Şuşada xidmət etmiş milli ordunun hərbçiləri üçün nəzərdə tutulmuşdur. Tədbirdə hərbi qulluqçularla yanaşı, BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor Nərminə Quliyeva, Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən təşkil olunub.  Azərbaycanın Xalq artisti, BMA-nın professoru Gülnaz İsmayılova, əməkdar artist Anar Şuşalı, əməkdar artist Cəlal Kərimov, Malik Mansurov, Beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı, eləcə də televiziya musiqi müsabiqələrinin iştirakçıları və qalibləri Gülnar Qüdrətli, Nüşabə Kərimli, Günay İmamverdiyeva, Mirəli Sarızadə konsert proqramının solistləri idilər. Parlaq konsert proqramına Azərbaycan ənənəvi musiqisinin janrları, eləcə də milli klassik musiqisinin incilərindən olan əsərlər daxil edilmişdi. Həmin gün dinləyicilərə Ü.Hacıbəylinin "Arazbarı", F.Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın bayramı", A.Məlikovun "İki qəlbin dastanı" baletindən "Komdenin arzuları", Q.Qarayevin "İldırımlı yollarla" baletindən rəqs, Niyazinin "Qaytağı", C.Cahangirovun "Teymurun nəğməsi", Niyazinin "Arzu" romansı, V.Adıgözəlovun "Qərənfil" və S. Ələsgərovun "Vətənimdir", C.Cahangirovun "Qarabağ" mahnısı və E.İbrahimovanın "Şuşa" mahnıları,  Niyazinin işləməsi olan xalq mahnısı "Qaragilə" , "Sarı bülbül", "Qoy gülüm gəlsin", təsnif "Şahnaz", "Qarabağ şikəstəsi". Konsert proqramının başa çatmasına az qalmış musiqiçilər hərarətli milli rəqs melodiyaları ifa ediblər ki, bu da tamaşaçıları yerində saxlaya bilməyib və dinləyiciləri temperamentli rəqslərlə ümumi bayram əhval-ruhiyyəsini dəstəkləməyə məcbur edib.

Bayram konserti gecəsi tamaşaçıların gurultulu ayaqüstə alqışlarla qarşıladığı M.Maqomayevin

"Azərbaycan" əsərinin ümumi ifası ilə başa çatdı.

Milli.Az


Etiketlər:  Şuşada Baku Chamber Orchestranın Naz nazı muğam qrupunun bayram konserti VİDEO FOTO


RƏYLƏR